ABŞ Yaponiyada yeni hərbi komandanlıq yaradır

Dünya

28.07.2024 10:49

ABŞ Yaponiyada yeni hərbi komandanlıq yaradacaq. 

TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazır. 

Qeyd olunur ki, qərar bu gün rəsmi şəkildə elan ediləcək.

Nəşrin yazdığına görə, buna səbəb Çinin (ÇXR) hərbi gücünü artırmasıdır.

Yeni komandanlıq yapon tərəfi ilə hərbi əməliyyatları əlaqələndirəcək, birgə təlimlərdə iştirak edəcək və hərbi münaqişə zamanı Yaponiyanın müdafiəsində iştirak edəcək. 

Günəş Mərd 

tag: ABŞ, Saziş, todaypress.az,hərb,Çin,Yaponiya,