ABŞ Yaponiyada ortamənzilli raketlər yerləşdirəcək

Dünya

10.09.2024 11:23

Amerika Birləşmiş Ştatlar Yaponiyada əvvəllər Rusiya ilə “Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsi” (INF Müqaviləsi) ilə qadağan edilmiş “Typhon” yerüstü raket sistemlərini yerləşdirəcək. 

TodayPress “The Japan Times”a istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun katibi Kristin Uormutun bəyanatında deyilir.

Yerləşdirmə Yaponiya hökuməti ilə razılaşdırılmış sürətdə həyata keçiriləcək. 

Qeyd olunur ki, qərar K.Uormutun 2024-cü ilin avqust ayında Yaponiyaya səfəri zamanı müzakirə edilib.  

Günəş Mərd

tag: ABŞ, Yaponiya, Rusiya, Typhon, Kristin Uormutun, Bəyanat, todaypress.az,