ABŞ vitse-prezidenti Hindistana səfər etdi

Dünya

21.04.2025 10:52

8

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens rəsmi səfərlə Hindistana gəlib. 

TodayPress xəbər verir ki, bu barədə “NDTV” və “The Economic Times” məlumat yayıb.

O, Baş nazir Narendra Modi ilə görüşəcək, ikitərəfli ticarət, gömrük tarifləri, müdafiə sahəsində əməkdaşlıq və qlobal geosiyasi məsələləri müzakirə edəcək.

Hindistan Xarici İşlər Nazirliyi bildirib ki, bu səfər iki ölkə arasında 13 fevral 2025-ci il tarixində yayımlanmış birgə bəyanatın icrasını nəzərdən keçirmək və yeni təşəbbüsləri müzakirə etmək imkanı yaradacaq.

Tərəflər, həmçinin regional və qlobal çağırışlarla bağlı fikir mübadiləsi aparacaqlar.

Əsas müzakirə mövzularından biri 26%-lik ABŞ gömrük rüsumlarının yumşaldılması və yeni ticarət sazişinin hazırlanmasıdır.

2024-cü ildə ABŞ Hindistanın ən böyük ticarət tərəfdaşı olub. İkitərəfli ticarətin həcmi 129 milyard dollar, Hindistanın xeyrinə olan profisit isə 45,7 milyard dollar təşkil edib.

Rəsmi sənədlərin imzalanması bu səfərdə gözlənilməsə də, tərəflər strateji müdafiə və ticarət əməkdaşlığının təməllərini atmaq niyyətindədir.   

Qiymət Mahir

tag: ABŞ,Vens,Hindistan,Səfər,Todaypress.az,