ABŞ vətəndaşlarını Livandan təxliyə edəcək

Dünya

19.09.2024 10:45

1173

Amerika Birləşmiş Ştatlar “Hizbullah” hərəkatı ilə İsrail ordusu arasında münasibətlərin daha da pisləşəcəyi təqdirdə öz vətəndaşlarını Livandan təxliyə edilməsini planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. 

“Birləşmiş Ştatlar amerikalıları və digər mülki vətəndaşları Livandan təxliyə etmək planları hazırlayıb” nəşr bildirib. 

Qeyd olunub ki, planda təxminən 50 min ABŞ vətəndaşının və onların ailə üzvlərinin Kiprə təxliyyəsi nəzərdə tutulub. 

ABŞ Dövlət Departamentinin hesablamalarına görə, 2022-ci ildə Livanda 86 min amerikalı yaşayıb.       

Günəş Mərd

tag: ABŞ ,Amerikalılar ,Livan, Təxliyə, Hizbullah, todaypress.az,