ABŞ vətəndaşlarını Belarusu təcili tərk etməyə çağırdı

Dünya

23.12.2024 13:43

ABŞ vətəndaşlarını dərhal Belarus ərazisini tərk etməyə çağırıb. 

TodayPress xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib. 

Qeyd olunub ki, Amerika vətəndaşları üçün təhlükə Belarus hakimiyyətinin yerli qanunları özbaşına tətbiq etməsi, həbs riski, həmçinin Belarus lideri Aleksandr Lukaşenkonun Rusiyanın Ukraynaya hücumlarını dəstəkləməsi ilə bağlıdır.  

Dövlət Departamenti xatırladıb ki, 28 fevral 2022-ci il tarixində ABŞ-nin Minskdəki səfirliyinin bağlanması ilə əlaqədar Belarusda ABŞ vətəndaşları üçün konsulluq xidmətləri əlçatan deyil. Ona görə də ikili vətəndaşlığı olan şəxslər saxlanıldığı halda konsulluq yardımından imtina edilə bilər.   

Həmçinin bildirilib ki, Belarus hökuməti xəbərdarlıq etmədən Polşa, Litva, Latviya və Ukrayna ilə sərhəd-keçid məntəqələrini bağlaya bilər. Bu cür hərəkətlər ölkədə təcrid olunmuş əcnəbilər üçün riski artırır.

Günəş Mərd

tag: ABŞ, Vətəndaş, Belarus ,Konsulluq ,todaypress.az,