ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edə bilər
Bayden administrasiyası Venesuelaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
"Bayden administrasiyası bu həftə Venesuelada Prezident Nikolas Maduronun hakimiyyətinə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır" deyə bildirilib.
Sanksiyalara əsas səbəb kimi ölkədə keçirilmiş prezident seçkiləri göstərilib.
2024-cü il iyulun 28-də Venesuelada seçkilər keçirilib və hazırkı dövlət başçısı Nikolas Maduro qalib gəlib. Onun lehinə seçicilərin 51,95 faizi səs verib. Əsas rəqibi Edmundo Qonzales Urrutia isə seçicilərin 43,18%-nin dəstəyini qazanıb.
Töhfə Səməd
tag: ABŞ ,Bayden, Nikolas, Axios, todaypress.az,