ABŞ Venesuelaya qarşı viza sanksiyalarını genişləndirdi
Dünya
11.01.2025 08:45
Vaşinqton administrasiyası Venesuelaya qarşı viza sanksiyalarını genişləndirir və PDVSA rəhbərinə, eləcə də respublikanın bir sıra qurumların rəhbərlərinə qarşı məhdudiyyətlər tətbiq edir.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Vaşinqtonun Karakasa qarşı məhdudlaşdırıcı tədbirlərinə həsr olunmuş brifinqdə çıxış edən Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.
“Venesuela Prezidenti Nikolas Maduro ilə əlaqəli, seçki prosesinə xələl gətirən və repressiyalara görə məsuliyyət daşıyan şəxslərə yeni viza məhdudiyyətləri tətbiq edirik" ABŞ administrasiyası rəsmisi qeyd edib.
tag: Vaşinqton, ABŞ, Sanksiya,Visa, PDVSA, todaypress.az,