ABŞ və Yaponiyanın nüfuzlu şirkətləri Baydeni məhkəməyə verdi

Dünya

06.01.2025 20:00

Yaponiyanın “Nippon Steel” polad və Amerikanın “U.S. Steel” şirkətləri ABŞ Prezidenti Cozef Baydenin iki korporasiya arasındakı sövdələşməni əngəlləmək qərarına görə ona və administrasiyasına qarşı birgə iddia qaldırıb.

TodayPress xəbər verir ki, bu barədə şirkətlərin birgə bəyanatında bildirilib.

Qeyd olunub ki, Kolumbiya Dairə Apellyasiya Məhkəməsi və Pensilvaniya Dairə Məhkəməsində iki iddia qaldırılıb. Şirkətlər bildirir ki, Baydenin “Nippon Steel” şirkətinin “U.S. Steel” şirkəti tərəfindən alınmasına dair sövdələşməni əngəlləmək qərarı qanunsuz siyasi müdaxilə olub.

Bu, iri Yaponiya şirkətinin ABŞ Prezidentini məhkəməyə verdiyi ilk haldır.

tag: Bayden ,Nlippon, Məhkəmə, şirkət, todaypress.az,