ABŞ və Yaponiya Çini bir sıra məhsullardan məhrum edəcək
Dünya
17.09.2024 18:05
ABŞ və Yaponiya Çinə mikroçiplərin istehsalı üçün lazım olan texnologiyaların verilməsini dayandırmağı planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Eyni zamanda, Tokio Çinin Yaponiya şirkətlərinə qarşılıq verməsindən ehtiyat edir. Xüsusilə, Pekin kritik mineralların ixracına mane törədə bilər.
Bütün bu olanlar fonunda Yaponiya şirkətləri xəbərdarlıq ediblər ki, qiymətləri qaldırmalı olsalar, məhsullarının rəqabət qabiliyyəti azalacaq.
Töhfə Səməd
tag: ABŞ, Yaponiya, Çin, Tokio, Pekin ,todaypress.az,