ABŞ və Türkiyə Suriyada nizamlanma ilə bağlı razılığa gəldi

Dünya

13.12.2024 17:02

ABŞ və Türkiyə Suriyadakı böhranın həlli və ölkənin gələcəyi ilə bağlı razılığa gəlib. 

TodayPress xəbər verir ki, bu barədə dövlət katibi Antoni Blinken məlumat verib.

Dövlət katibi ümid etdiyini bildirib ki, Suriyanın yeni hakimiyyət orqanları hər hansı ekstremist qruplarla əməkdaşlıqdan imtina edəcək və qonşuları üçün təhlükə yaratmayacaq. Həmçinin Suriya kimyəvi silahlar öz ərazisində tapılarsa, onların axtarışına və məhv edilməsinə icazə verəcək.

Blinkenin sözlərinə görə, Suriyanın gələcək hökumətinin işi xüsusilə qadınların, eləcə də etnik və dini azlıqların hüquqlarının qorunmasına yönəlməlidir.

"Türkiyə xarici işlər nazirinin dediyi kimi, diqqətimizi Suriyaya yönəltmişik... Və biz Türkiyə, ABŞ və regiondakı digər tərəfdaşların Suriyanı yenidən qurmaq üçün bu səyləri necə dəstəkləyə biləcəyini danışdıq" deyə Blinken bildirib.

Töhfə Səməd

tag: ABŞ, Türkiyə, Suriya, Hökumət ,todaypress.az,