ABŞ və Səudiyyə yaxınlaşır
Dünya
10.06.2024 10:10
ABŞ və Səudiyyə Ərəbistanı İsraillə diplomatik əlaqələrinin normallaşması müqabilində müdafiə sazişi bağlaya bilər.
TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Qeyd olunub ki, saziş Səudiyyə Ərəbistanının mövqeyini yaxşılaşdırmalı və ABŞ-nin Yaxın Şərqdəki hərbi rolunu gücləndirməlidir. Müqaviləyə krallığın mülki nüvə proqramının inkişafına dəstək də daxildir.
Qeyd edək ki, razılaşma Səudiyyə Ərəbistanının regional rəqibi olan İranla gərginliyi artıra bilər.
Günəş Mərd
tag: ABŞ, Səudiyyə, İsrail, İran, todaypress.az,