ABŞ və Rumıniya arasında viza rejimi ləğv edilir
Dünya
08.01.2025 22:34
Rumıniya vətəndaşları mart ayından etibarən ABŞ ərazisinə vizasız daxil ola biləcəklər.
TodayPress xəbər verir ki, bu barədə “Agerpres” agentliyinə Rumıniyanın xarici işlər naziri Emil Hurezanu məlumat verib.
Nazir bildirib ki, ölkə vətəndaşları yalnız ESTA - Səyahət Avtorizasiyası üçün Elektron Sistem platforması vasitəsilə ABŞ qurumlarını səfərləri barədə xəbərdar etməli olacaq.
İndiyədək ABŞ-yə səfər
etmək istəyən rumınlar Amerika konsulluğunda müsahibədən keçməli və viza
xərclərini ödəməli idilər.
tag: ESTA, ABŞ, Amerika, Ruminiya, Konsulluq, VİSA, todaypress.az,