ABŞ və İsrail razılığa gəldilər

Dünya

01.10.2024 10:10

ABŞ və İsrail Müdafiə Departamentlərinin rəhbərləri Lloyd Ostin və Yoav Qalant arasında telefon danışığı olub. Onlar Livandakı əməliyyatla bağlı razılığa gəliblər.

TodayPress xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. 

Xüsusilə, ölkələr "Hizbullah"ın İsrailin şimal icmalarına hücumlar həyata keçirməsinin qarşısını almaq üçün Livanda hücum infrastrukturunu dağıtmağın lazım olduğunu bildiriblər. 

Bundan əlavə, Ostin və Qalant təhlükəsizlik və sabitliyi mümkün qədər tez təmin etmək üçün hərbi əməliyyatlardan diplomatik yola qəti keçidin vacibliyini müzakirə ediblər.

Qeyd edək ki, bundan əvvəl İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində məhdud miqyaslı quru əməliyyatına başladığını açıqlayıb. 

Günəş Mərd

tag: ABŞ ,İsrail Müdafiə Departamentləri,Lloyd Ostin,Yoav Qalant,Livan,Pentaqon,Hizbullah,todaypress.az,