ABŞ və ərəb ölkələri İranla gizli danışıqlar aparır

Dünya

09.10.2024 11:30

ABŞ hökuməti bir neçə ərəb ölkəsi ilə birlikdə atəşkəs və Yaxın Şərqdə sülhün bərpası üçün İranla gizli danışıqlar aparır. 

TodayPress xəbər verir ki, bu barədə İsrail televiziyasının “12-ci Kanal”ı məlumat yayıb.

Təşəbbüs tərəflərin bütün cəbhələrdə eyni vaxtda barışmasını nəzərdə tutur. 

Kanal qeyd edir ki, İsrail hökuməti bu cür məsləhətləşmələrlə bağlı mövqeyini hələlik ABŞ-yə bildirməyib. 

Yüksək rütbəli qərb diplomatı telekanala bildirib ki, İsrail Hərbi Hava Qüvvələri Beyruta zərbələr endirdikdən sonra Livanın mövqeyi İsraillə barışıq və Qəzza zolağında atəşkəs tələblərindən imtina lehinə dəyişməyə başlayıb.

Xatırladaq ki, oktyabrın 2-də Livan parlamentinin spikeri Nəbih Berri və baş nazir Nəcib Mikati Beyrutda keçirdiyi mətbuat konfransında İsraillə sərhəd problemlərinin həllinə dair danışıqlara başlamaq üçün 21 günlük atəşkəs bağlamağa hazır olduqlarını bəyan ediblər. “Hizbullah” baş katibinin müavini Şeyx Naim Qassem isə təşəbbüsü dəstəklədiyini bildirib.

Töhfə Səməd

tag: ABŞ, Qəzza, Livan ,Nəbih Berri, Nəcib Mikati ,Beyrut, todaypress.az,