ABŞ və Çin ticarət kəsirini azaltmaq üçün razılığa gəldilər
ABŞ və Çin rəsmiləri Cenevrədə iki günlük danışıqlardan sonra ticarət kəsirinin azaldılması ilə bağlı razılığa gəldiklərini və detalların mayın 12-də açıqlanacağını bildiriblər.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Agentliyin yazdığına görə, bu razılaşma ABŞ-nin 1,2 trilyon dollar həcmində olan ticarət balansı kəsirinin azaldılmasına kömək edəcək.
Töhfə Səməd
tag: ABŞ ,Çin,Maliyyə,Kəsr,todaypress.az,