ABŞ və Çin tarif barədə razılığa gəldi

Dünya

12.05.2025 13:00

14

ABŞ və Çin arasında ticarət gərginliyini azaltmaq məqsədilə yeni razılaşma əldə olunub. 

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilir ki, iki ölkə 90 gün müddətinə qarşılıqlı tarifləri azaltmağa qərar verib.

Cenevrədə yayımlanan birgə bəyanatda qeyd olunur ki, bu addım tərəflərə iqtisadi fikir ayrılıqlarını aradan qaldırmaq və danışıqlara əlavə vaxt vermək məqsədi daşıyır.

Razılaşmaya əsasən, ABŞ, Çin mallarına tətbiq etdiyi orta hesabla 145 faizlik tarifləri 30 faizə endirəcək. Bu, fentanillə bağlı məhsullara da aiddir. Çin isə ABŞ məhsullarına tətbiq etdiyi 125 faizlik tarifləri 10 faizə endirəcək.

Türkan İsgəndərli

tag: ABŞ,Çin,Tarif,Razılıq,todaypress.az,