ABŞ və Çin arasında növbəti ticarət danışıqları üçün hazırlıq başlanır

Dünya

12.05.2025 18:30

7

ABŞ maliyyə naziri Skott Bessent, ölkəsinin Çin nümayəndə heyəti ilə növbəti ticarət danışıqlarını bu yaxınlarda keçirəcəyini açıqlayıb.   

TodayPress xəbər verir ki, bu barədə o, “CNBC” telekanalına verdiyi müsahibəsində bildirib.   

Bessent qeyd edib ki, tərəflər arasında daha əhatəli bir saziş üzərində işləmək üçün növbəti görüş təşkil ediləcək.

Lakin görüşün yeri və təfərrüatları hələ müəyyən edilməyib.   

Aysel Mətləb

tag: ABŞ,Çin,Ticarət,Danışıq,Todaypress.az,