ABŞ və Britaniya Sənadakı husi obyektlərinə hücum etdi
Dünya
10.11.2024 08:38
Amerika Birləşmiş Ştatları və Böyük
Britaniya "Ənsar Allah" (husilər) hərəkatının nəzarətində olan
Sənadakı hərbi obyektlərinə bir sıra hava zərbələri endiriblər.
TodayPress xəbər verir ki, bu barədə “TASS”-a hərəkatdakı
mənbə məlumat verib.
"Amerika və Britaniya qüvvələri şənbə axşamı Sənaya
üç zərbə endirərək şəhərin bir neçə rayonunda hərbi bazalara və silah
anbarlarına hücum ediblər. Təyyarələr Yəmən hava məkanında fəaliyyət
göstəriblər” agentliyin həmsöhbəti bildirib.
Mənbənin sözlərinə görə, Ən-Nahdeyn, Əs-Sabin və Əl-Hafa
rayonları zərbələrə məruz qalıb.
tag: ABŞ, SƏna, Yəmən,Britaniya, Husi, todaypress.az,