ABŞ və Britaniya Husilərin nəzarətində olan Hudeyda hava limanına 3 hava zərbəsi endirdi
Dünya
12.07.2024 22:15
ABŞ-Britaniya dəniz
koalisiyası cümə günü Yəmənin Husilərin nəzarətində olan Hudeyda hava limanına
üç hava zərbəsi endirib.
TodayPress xəbər
verir ki, sakinlər obyektdəki partlayışları “güclü” deyə təsvir ediblər.
Koalisiya hələlik zərbələrlə
bağlı heç bir şərh verməyib.
Husi qruplaşması 2014-cü ilin
sonlarında Qırmızı dəniz liman şəhəri Hudeyda və bir sıra şimal şəhərlərinə nəzarəti
ələ keçirdikdən sonra hava limanı bağlanıb.
Cümə axşamı ABŞ Mərkəzi
Komandanlığı “X” sosial media platformasında bildirib ki, qüvvələri Qırmızı dənizdə
Husilərə məxsus beş pilotsuz qayıq və üç bomba yüklü pilotsuz uçuş aparatını məhv
ediblər.
Nəzrin Cavadzadə
tag: ABŞ, Böyük Britaniya, Husilər, Yəmən, todaypress.az,