ABŞ və Aİ Ukrayna ilə bağlı sülh təşəbbüslərindən yayınır

Dünya

04.09.2024 15:05

“ABŞ və Avropa İttifaqına (Aİ) daxil olan ölkələr öz maraqlarına zidd olaraq Ukraynadakı münaqişənin həlli təşəbbüslərində iştirakdan yayınır”. 

TodayPress xəbər verir ki, bu fikri Macarıstanın baş nazirinin siyasi müşaviri Balaz Orban deyib.

"Qərb dünyasının, ABŞ və Avropanın liderlərinin sülhə doğru addımlardan niyə çəkindiyi aydın deyil. Əgər onlar bunu etməsələr, o zaman Ukraynada münaqişənin gərginləşməsi ehtimalı artacaq. Macarıstan hökuməti əmindir ki, hərbi əməliyyatların dayandırılması və sülhün tezliklə təmin edilməsi həm bütün Avropanın, həm də Macarıstanın maraqlarına cavab verir" deyə siyasətçi vurğulayıb. 

Eyni zamanda, o, əlavə edib ki, münaqişənin həlli üçün konkret plan olmadan da sülh danışıqlarına başlamaq olar.

Töhfə Səməd

tag: ABŞ, Ukrayna ,Aİ, Avropa ,Macarıstan ,Sülh,todaypress.az,