ABŞ uzaqmənzilli raketlərini Kiyevə göndərəcək

Dünya

03.09.2024 18:12

Vaşinqton “JASSM” uzaqmənzilli qanadlı raketlərin Kiyevə təhvil verilməsi ilə bağlı razılaşmaya yaxındır, lakin Ukrayna gözləməlidir, çünki müvafiq texniki məsələləri həll etmək üçün ABŞ-yə bir neçə ay vaxt lazım olacaq.

TodayPress xəbər verir ki, bu barədə “Reuters” Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, hava-yer tipli raketlərin Kiyevin silah paketinə daxil edilməsi bu ilin payızında açıqlanacaq. Lakin bu məsələ ilə bağlı yekun qərar hələ qəbul olunmayıb.

Töhfə Səməd

tag: Vaşinqton ,JASSM, Ukrayna, ABŞ,Kiyev, todaypress.az,