ABŞ uzaqmənzilli raketlərə qarşı “Qızıl Qübbə” müdafiə sistemini hazırlayır
ABŞ ordusu ölkəni uzaqmənzilli raket zərbələrindən qorumaq
məqsədilə “Qızıl Qübbə” müdafiə sisteminin hazırlanması üzərində çalışır.
TodayPress
“CNN”ə istinadən xəbər verir ki, Ağ Ev bu layihəni
Pentaqonun əsas prioritetlərindən biri kimi qiymətləndirir.
Mənbələrin bildirdiyinə görə, Pentaqonun büdcəni azaltmaq istiqamətində
addımlar atdığı bir dövrdə administrasiya hərbi rəhbərliyə “Qızıl Qübbə”
layihəsinin maliyyələşdirilməsinin 2026-2030-cu illər üçün yeni büdcə
proqnozlarına daxil edilməsini tapşırıb.
tag: Tramp, Ağ Ev, Pentaqon, Maliyyə, ABŞ, todaypress.az,