ABŞ UNRWA-nın fəaliyyətinin dayandırılmasından narahatdır
Dünya
29.10.2024 12:32
Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) İsraildəki fəaliyyətini dayandırmasına görə ABŞ Qəzza zolağında humanitar böhranın pisləşməsindən narahatdır.
TodayPress xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Biz İsrail hökumətini UNRWA əleyhinə qanun layihələrinin icrasını dayandırmağa çağırırıq. UNRWA olmasa, mülki şəxslər, o cümlədən uşaqlar və körpələr ehtiyac duyduqları qidaları qəbul etməyəcək və bu, bizim üçün qəbuledilməzdir” deyə Miller bildirib.
Dövlət Departamentinin sözçüsü əlavə edib ki, İsrailin qəbul etdiyi qanun layihələri fələstinlilərin Qəzza zolağındakı vəziyyətini daha da pisləşdirəcək. Onun sözlərinə görə, fələstinli uşaqlar təhsil ala bilməyəcək və bu, bütün bir nəsli riskə atacaq.
Töhfə Səməd
tag: ABŞ,UNRWA, İsrail, Qəzza, Departament, todaypress.az,