ABŞ Ukraynaya yeni yardım paketinə kaset sursatları daxil edəcək
Vaşinqton Kiyevə yardım paketinə kaset
sursatlarını daxil edəcək.
TodayPress
xəbər verir ki, “RİA Novosti” bu barədə Amerika administrasiyasına
istinadən bildirib.
Məlumata görə,
ABŞ bu həftə Ukraynaya 375 milyon dollarlıq yeni
yardım paketini açıqlayacaq.
Daha
əvvəl, Cenevrədə yerləşən Kassetli Sursat Koalisiyası (CMC) təşkilatının
hesabatından məlum olub ki, ABŞ prezidenti Cozef Bayden BMT və
liderlərinin tənqidlərinə baxmayaraq, 2023-cü ilin iyulundan 2024-cü ilin
aprelinə qədər Ukraynaya beş kasetli sursat tədarükünə icazə verib.
Birləşmiş Ştatlar Ukrayna Silahlı Qüvvələrinə tədarük
etdiyi kasetli sursatların sayını və partlamamış hərbi sursatların konkret növləri
və miqdarı barədə məlumatı açıqlamayıb.
Aynur TAC
tag: ABŞ, Ukrayna, Sİlah, Yardım Paketi, todaypress.az,