ABŞ Ukraynaya yeni yardım paketi hazırlayır
Dünya
23.08.2024 08:56
ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edə bilər.
TodayPress xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
ABŞ prezidenti Cozef Baydenin administrasiyası Ukraynaya təxminən 125 milyon dollar hərbi yardım göndərəcək. Paket rəsmi olaraq Ukraynanın Müstəqillik Günü ərəfəsində avqustun 23-də elan oluna bilər.
Vaşinqton Kiyevə hava hücumundan müdafiə sistemləri, HIMARS, HIMARS reaktiv yaylım atəşi sistemləri, elektron döyüş texnikası, həmçinin 105 mm və 155 mm-lik mərmilər üçün raketlər ötürməyi planlaşdırır.
Günəş Mərd
tag: ABŞ, Ukrayna, Yardım Paketi, HIMARS ,Mərmilər, todaypress.az,