ABŞ Ukraynaya yeni silahlar vəd etdi
Dünya
06.12.2024 11:05
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Vaşinqtonun 2025-ci ilin yanvarına qədər Ukraynaya yeni silah tədarükü edəcəyini vəd edib.
TodayPress xəbər verir ki, bu barədə “Guardian” qəzeti məlumat yayıb.
Bildirilib ki, Sallivan Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak ilə görüşdə qarşıdan gələn ayda yüzlərlə mərmi, raket və zirehli texnikanın çatdırılacağını açıqlayıb.
“ABŞ, həmçinin Ukrayna ərazisindən kənar obyektlərdə yeni əsgərlərin hazırlanmasını təklif edərək, Ukraynaya kadr məsələsində dəstək verəcəyini vəd edir” deyə nəşr yazıb.
Töhfə Səməd
tag: ABŞ,Ceyk Sallivan,Vaşinqton,Ukrayna,Zelenski,Andrey Yermak,todaypress.az,