ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırdı
Dünya
09.01.2025 16:47
ABŞ Ukraynaya 500 milyon dollar məbləğində daha bir hərbi yardım paketi ayırıb.
TodayPress xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin Almaniyanın Ramşteyn aviabazasında keçirilən Qərb ölkələri qrupunun Ukraynaya silah tədarükünün əlaqələndirilməsi üzrə 25-ci iclasında deyib.
“Bu gün mən daha 500 milyon dollarlıq paketin ayrıldığını elan edirəm ki, bu paketə Ukrayna "F-16"larını dəstəkləmək üçün zenit raketləri, döyüş sursatı, “hava-yer” raketləri və digər avadanlıqlar daxil olacaq”.
Töhfə Səməd
tag: ABŞ ,Ukrayna, Hərbi ,Sursat ,Yardım, todaypress.az,