ABŞ Ukraynaya yardımı tamamilə dayandıracaq
Dünya
10.08.2024 15:40
“ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qalib gələrsə, o, Ukrayna lideri Volodimir Zelenskidən Rusiya ilə danışıqlara başlamağı tələb edə bilər. Əgər onlar bundan imtina edərlərsə, Ağ Ev Kiyevə yardımını tamamilə dayandıracaq”.
TodayPress xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki, jurnalist Metyu Berrouz bildirib.
O, əlavə edib ki, ABŞ-nin 45-ci prezidenti Putinlə müstəqil danışıqlara cəhd edəcək, lakin bu, Avropa İttifaqı nümayəndələrinin iştirakı olmadan baş tuta bilməz.
Tramp dəfələrlə prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynada döyüşləri 24 saat ərzində dayandıracağını bəyan edib. O, Rusiya və Ukrayna liderlərini yaxşı tanıdığını və buna görə də böhranı 2025-ci ilin yanvarında keçiriləcək andiçmə mərasiminə qədər həll edə biləcəyini vurğulayıb.
Töhfə Səməd
tag: ABŞ, Ukrayna, Prezident Seçkiləri, Putin,Metyu Berrouz, todaypress.az,