ABŞ Ukraynaya vəsait ayıracaq
Amerika Birləşmiş Ştatlar Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi mənfəətin ödənilməsi ilə Yeddilik Qrupu (G7) ölkələrinin krediti çərçivəsində Ukraynaya 20 milyard dollara qədər vəsait verməyə hazırdır.
TodayPress xəbər verir ki, bu barədə “Financial Times” qəzeti amerikalı rəsmilərə istinadən yazıb.
Mənbələrin bildirdiyinə görə, Macarıstanın baş naziri Viktor Orbanın Rusiya aktivlərinin dondurulmasının altı aydan 36 aya qədər uzadılması təklifinə qoyduğu vetoya baxmayaraq, ABŞ lazımi yardımı göstərəcək.
Töhfə Səməd
tag: ABŞ, Rusiya, Macarıstan, Viktor Orban,Ukrayna, todaypress.az,