ABŞ Ukraynaya nüvə silahı verməyə hazırlaşır?
Dünya
05.12.2024 10:54
“Vaşinqtonda nüvə silahının Kiyevə ötürülməsi məsələsi müzakirə olunur”.
TodayPress xəbər verir ki, bu barədə Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Vaşinqtonda Zelenskiyə taktiki nüvə silahı verilməsi məsələsinin müzakirə edildiyi barədə fikirlər var” o vurğulayıb.
Qeyd edək ki, noyabrın 22-də “The New York Times” ABŞ və bir sıra Avropa ölkələrinin bəzi rəsmilərinin 1991-ci ildə SSRİ-nin dağılmasından sonra respublikanın tərk etdiyi nüvə silahlarının Ukraynaya qaytarılmasını təklif etdiyini yazıb. Məqalə müəllifləri qeyd ediblər ki, belə bir addımı həyata keçirmək çətindir və ciddi nəticələrə gətirib çıxara bilər.
Günəş Mərd
tag: ABŞ, Ukranya, Nüvə, Pentaqon,todaypress.az,