ABŞ Ukraynaya növbəti hərbi yardımı edəcək
Dünya
04.09.2024 06:37
ABŞ administrasiyası
yaxın həftələrdə Ukraynaya yeni hərbi yardım göndərmək niyyətindədir.
TodayPress xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının
strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün
keçirilən brifinqdə bildirib.
"Prezident
Co Baydenin açıqladığı kimi, Ukraynaya dəstəyimiz dəyişməz olaraq qalır və biz
Rusiyanın bu cür hücumları fonunda onların hərbi və hava hücumundan
müdafiəsini gücləndirməyə diqqəti davam etdirəcəyik. Cəmi 10 gün əvvəl
gördüyünüz kimi, biz daha bir hərbi yardım paketini elan etdik, bundan da çoxu
yaxın həftələrdə veriləcək” Ağ Ev rəsmisi bildirib. O, Vaşinqtonun Kiyevə əlavə
olaraq konkret nə göndərəcəyini açıqlamayıb.
tag: ABŞ,Ağ Ev,Ukrayna, Amerika,Vaşinqton,todaypress.az,