ABŞ Ukraynaya növbəti dəfə hərbi yardım etdi
Dünya
13.12.2024 08:31
ABŞ prezidenti Cozef Bayden Ukraynaya
növbəti hərbi yardım paketinin ayrılmasını təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə Ağ Evin Milli
Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi
jurnalistlər üçün onlayn brifinqdə bildirib.
Kirbi aydınlaşdırıb ki, 72-ci hərbi yardım paketinə hava
hücumundan müdafiə sistemləri, PUA-lar, artilleriya və zirehli texnika daxil
olacaq.
Ağ Evin sözçüsü əlavə edib ki, Bayden administrasiyası
2025-ci il yanvarın 20-də səlahiyyət müddəti başa çatana qədər Kiyevə hərbi
yardım göstərməyə davam edəcək.
tag: Ağ Ev, Bayden, Yardım, Con Kirbi, Kiyev, Ukrayna, Rusiya, todaypress.az,