ABŞ Ukraynaya mina tədarük etməkdə ittiham olunur
Dünya
04.12.2024 18:25
Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya (ICBL) bildirib ki, ABŞ Ukraynanı bu partlayıcı qurğularla təmin etməklə beynəlxalq humanitar hüququ pozur.
TodayPress xəbər verir ki, bu barədə “RİA” yazıb.
ICBL-nin bəyanatında qeyd edilib ki, 25 il əvvəl yerüstü minalar heç bir fərq qoymayan xarakterinə və dağıdıcı təsirinə görə qadağan edilib. Lakin buna baxmayaraq, ABŞ partlayıcı qurğuları Ukraynaya ötürüb.
Amerika rəsmiləri hələ ki məsələyə münasibət bildirməyib.
Günəş Mərd
tag: Mina,ICBL,ABŞ,Ukrayna,todaypress.az,