ABŞ Ukraynaya məxsus “F-16”nın qəzaya uğraması ilə bağlı təhqiqata qoşuldu

Dünya

30.08.2024 15:06

“Ukrayna özünə məxsus “F-16” təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqata başlayıb və bu işdə ABŞ də var”.

TodayPress xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşuk məlumat verib. 

“Birləşmiş Ştatlardan olan tərəfdaşlar ilkin hesabatlara əsasən artıq səbəbləri araşdırmağa başlayıblar” deyə o, əlavə edib.

Bildirilib ki, təyyarənin qəzaya uğraması ilə bağlı heç bir fakt gizlədilmir. 

Töhfə Səməd

tag: F-16, Ukrayna, Hərbi Hava Qüvvələri, Təyyarə, ABŞ, todaypress.az,