ABŞ Ukraynaya hərbi yardımın həcmini azaltdı
Dünya
29.12.2024 09:15
ABŞ ötən illə müqayisədə 2024-cü ildə Ukraynaya hərbi yardımın həcmini azaldıb.
TodayPress, xarici mətbuata istinadən xəbər verir ki, 2024-cü ildə ABŞ-nin Kiyevə hərbi yardımının həcmi 2023-cü illə müqayisədə azalaraq 19,5 milyard dollar təşkil edib.
Qeyd olunub ki, 2023-cü ildə Amerikanın Ukraynaya yardımının həcmi 24,7 milyard dollar, 2022-ci ildə isə 19,875 milyard dollar təşkil edib.
tag: ABŞ ,Ukrayna,Yardım,Hərbi,Silah,todaypress.az,