ABŞ Ukraynaya hərbi yardım göndərəcəyini açıqladı

Dünya

05.06.2024 06:53

ABŞ yaxın həftələrdə Ukraynaya yeni hərbi yardım göndərəcəyini açıqladı.

TodayPress xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan brifinq zamanı “Düşünürəm ki, yaxın həftələrdə Ukraynaya gələcək tədarüklərlə bağlı elanlar gözləyə bilərsiniz” deyə vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi etiraf etmişdi ki, ABŞ müttəfiqlərinin köməyi olmadan birtərəfli qaydada Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirləri Ukraynanın xeyrinə geri ala bilməz.


Günel

tag: ABŞ,Ukrayna,Ceyk Sallivan,Ağ Ev,todaypress.az,