ABŞ Ukraynaya dəstəyi dayandırmalı olduğunu bəyan etdi

Dünya

12.11.2024 08:45

Ukraynadakı münaqişənin həllinin açarı Qərbin yardımının həcminin azaldılmasındadır.

 

TodayPress xəbər verir ki, bu barədə Amerikanın “Newsweek” jurnalı  məlumat dərc edib.

 

Nəşr yazır ki, Slovakiyanın baş naziri Robert Fikonun Amerika yardımının azaldılmasının böhranı həll etməli olduğunu söyləyən fikirlərlə diqqət çəkib.

 

Siyasətçi qeyd edib ki, Ukrayna münaqişəsi Qərb tərəfdaşları Kiyevə dəstəyi dayandırana qədər davam edəcək.

 

Məqalə müəllifinin fikrincə, Fiko ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp administrasiyasının xarici siyasətində mümkün dəyişikliklə bağlı fikirlərini ifadə  edib.

 

Hazırda Vaşinqton Ukraynaya ən böyük hərbi texnika tədarükçülərindən biridir.

 

Bundan əvvəl Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ukraynadakı münaqişənin tez bir zamanda bitməsini istədiyini bildirib.

 

Aynur TAC

tag: ABŞ, Qərb, Ukrayna, Rusiya, todaypress.az,