ABŞ Ukraynaya daha bir yardım paketi ayırdığını açıqladı
Dünya
01.11.2024 21:11
ABŞ Ukraynaya 425 milyon dollar məbləğində daha bir
yardım paketi ayırdığını açıqlayıb.
TodayPress bu barədə Pentaqonun mətbuat
xidmətinin yaydığı bəyanata istinadən bildirib.
Məlumata görə, yardım paketinə “NASAMS” zenit-raket
kompleksləri üçün döyüş sursatları, “HIMARS” reaktiv yaylım atəş sistemləri ,
“Stinger” insan daşına bilən zenit-raket kompleksləri, 155 və 105 mm çaplı
artilleriya mərmiləri daxildir.
Bundan əvvəl Hollandiya parlamentinin keçmiş üzvü Harri van Bommel ABŞ prezidentliyinə namizəd Donald Trampın dövlət başçısı olacağı təqdirdə Ukraynanı çətinliklərin gözləyəcəyini bildirib.
Aynur TAC
tag: Ukrayna, ABŞ, Pentaqon, Yardım,Dollar, todaypress.az,