ABŞ Ukraynaya 800 milyon dollar ayıracaq
ABŞ Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtonun Kiyevə 800 milyon dollar həcmində hərbi yardım göstərəcəyi ilə bağlı sözlərini təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
“Adının açıqlanmasını istəməyən Pentaqon rəsmisi ABŞ-nin siyasətindəki dəyişiklik fonunda atılan addımı təsdiqləyib” nəşr yazır.
Mənbənin sözlərinə görə, ABŞ-nin gördüyü belə tədbirlər Kiyevə öz silahı ilə və öz şərtləri ilə müharibə aparmaq imkanı vermək məqsədi daşıyır.
Günəş Mərd
tag: Ukrayna, ABŞ, Zelenski, Pentaqon, todaypress.az,