ABŞ Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketini elan edəcək
Dünya
09.01.2025 05:56
ABŞ Prezidenti Cozef Baydenin
administrasiyası yaxın vaxtlarda Ukraynaya 500 milyon dollar məbləğində növbəti
hərbi yardım paketinin çatdırılmasını elan edəcək.
TodayPress xəbər verir ki, bu barədə "Associated
Press" iki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, yardım fövqəladə hallar zamanı Konqresin
təsdiqi olmadan xarici tərəfdaşa silah tədarük etməyə imkan verən mexanizm
vasitəsilə köçürüləcək. Pentaqonun yüksək rütbəli rəsmisi bildirib ki, məqsəd
silahların yanvarın sonuna qədər Ukraynaya təhvil verilməsidir.
Xatırladaq ki, ABŞ yanvarın 9-da Ukraynaya genişmiqyaslı
yekun hərbi yardım paketini açıqlayacaq.
tag: Cozef Bayden, ABŞ, Hərbi,Yardım, Ukrayna, todaypress.az,