ABŞ Ukraynaya 500 milyon dollar dəyərində yeni hərbi yardım ayırdı

Dünya

10.01.2025 07:11

Cozef Bayden administrasiyası Ukraynaya 500 milyon dollar dəyərində yeni təhlükəsizlik yardımı edəcəyini açıqlayıb.


TodayPress xəbər verir ki, prezident Cozef Bayden, səlahiyyətlərini Donald Trampa təhvil verməzdən əvvəl Ukraynaya daha bir yarım paketi ayırıb.


Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü tərəfindən verilən yazılı açıqlamada veriləcək yardımda hava hücumundan müdafiə raketləri, “hava-yer” sursatları və Ukraynanın F-16-lardan istifadəsini dəstəkləmək üçün avadanlıqlar olduğu bildirilir.


Təxminən 500 milyon dollar dəyərində yardıma həmçinin AIM-7, RIM-7 və AIM-9M hava hücumundan müdafiə raketləri, hava-yer döyüş sursatları, F-16-lar üçün dəstək ləvazimatları, zirehli körpü sistemləri ilə rabitə və nəqliyyat vasitələrinin daxil olduğu bildirilir.

 

tag: Bayden, Ukrayna, yardım, ABŞ, Rusiya, Hərbi, todaypress.az,