ABŞ Ukraynaya 425 milyon dollar dəyərində silah paketi ayırdı
ABŞ Prezidenti Cozef Bayden Ukraynaya ümumi
məbləği 425 milyon dollar olan yeni silah paketinin ayrılmasını elan edib.
TodayPress xəbər verir ki, bu barədə ABŞ liderinin
Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətinin nəticələrinə dair Ağ evin
mətbuat xidməti tərəfindən yayılan bəyanatda deyilir.
“Bu gün Prezident Ukraynaya 425 milyon dollar məbləğində
hərbi yardım paketinin verilməsini elan edib. Bu paketə əlavə hava hücumundan
müdafiə vasitələri, yer-hava sinifli döyüş sursatları, zirehli texnika və
Ukraynanın təxirəsalınmaz ehtiyaclarını ödəmək üçün zəruri olan kritik
əhəmiyyətli döyüş sursatları daxildir” Ağ evdən bildirilib.
tag: Prezident, Ukrayna, Zelenski, Rusiya, todaypress.az,