ABŞ Ukraynaya 225 milyon dollarlıq yardım paketini elan etdi
Dünya
12.07.2024 05:27
ABŞ Prezidenti Co Baydenlə
Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdən sonra ABŞ
Müdafiə Departamenti Ukraynanın vacib təhlükəsizlik və müdafiə ehtiyaclarını
qarşılamaq üçün əlavə təhlükəsizlik yardımı paketini elan edib.
TodayPress xəbər verir ki,
Pentaqonun budəfəki avadanlıq təminatı 2021-ci ilin avqustundan indiyədək sayca
61-cidir.
225 milyon dollarlıq paketə hava hücumundan müdafiə sistemləri, raket sistemləri, artilleriya üçün döyüş sursatları və tank əleyhinə silahlar daxildir.
tag: ABŞ, Ukrayna, Yardım paketi, Pentaqon, todaypress.az,