ABŞ Ukraynaya 20 milyard dollar kredit ayırdı

Dünya

11.12.2024 03:11

972

ABŞ dondurulmuş Rusiyanın aktivlərindən əldə edilən gəlirlər hesabına Ukraynaya 20 milyard dollarlıq kreditin ayrıldığını elan edir.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Maliyyə nazirliyindən bildirilib.

Kredit Yeddilik Qrupunun Kiyevə 50 milyard dollar kreditin verilməsi təşəbbüsü çərçivəsində verilir. Rusiyanın öz immobilizasiya edilmiş aktivlərindən əldə edilən gözlənilməz gəlirlər hesabına ödənilən bu vəsaitlər Ukraynaya kritik dəstək verəcək" Maliyyə Naziri Janet Yellen deyib.

O əlavə edib ki, Vaşinqton Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırlaşır.

Aynur TAC 

tag: ABŞ,Ukrayna, Maliyyə,Rusiya, ABŞ, todaypress.az,