ABŞ Ukraynaya 150 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayırdı

Dünya

04.07.2024 00:30

Ağ Ev Ukraynaya 150 milyon ABŞ dolları dəyərində yeni hərbi yardım paketinin ayrıldığını elan edib.

TodayPress Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı bildirib.

Onun sözlərinə görə, bu, Baydenin aprel ayında Milli Təhlükəsizlik Qanununa düzəlişi imzaladığı gündən indiyədək Ukraynaya kömək üçün icazə verdiyi yeddinci təhlükəsizlik yardım paketidir.

Paketə həmçinin ABŞ Müdafiə Nazirliyinin Ukraynaya qoşunlarını və şəhərlərini Rusiyanın hava hücumlarından müdafiəsinə kömək etmək üçün “Patriot” və NASAM hava hücumundan müdafiə sistemləri üçün ələkeçirmə qurğuları almaq üçün istifadə edəcəyi yeni maliyyə də daxildir.

Məlumata görə, paket ABŞ Prezidentinin Ukraynanın qısamüddətli ehtiyaclarını ödəmək üçün Birləşmiş Ştatların hərbi anbarlarından silah, sursat və texnikanın çıxarılması səlahiyyəti çərçivəsində təqdim edilib.

tag: ABŞ, Ukrayna, Ağ Ev,Hərbi yardım, todaypress.az,