ABŞ Ukraynaya 1,22 milyard dollar hərbi yardım göndərəcək

Dünya

18.12.2024 13:50

ABŞ prezidenti postunu tərk edən Cozef Baydenin administrasiyası 2024-cü ilin sonuna qədər Ukraynaya 1,22 milyard dollar məbləğində hərbi yardım göndərəcək. 

TodayPress xəbər verir ki, bu barədə “Defense One” portalı ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, vəsaitin ayrılması amerikalı istehsalçılardan silahların alınmasını nəzərdə tutan Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) çərçivəsində gözlənilir.

Dekabrın əvvəlində "Reuters" bir sənədə istinadən xəbər verib ki, USAI vasitəsilə ABŞ Ukraynaya 988 milyon dollar məbləğində növbəti hərbi yardım paketinin hazırlanması üzərində işləyir.

Bayden administrasiyası əhəmiyyətli maliyyə və hərbi resurslar təmin edərək Kiyevi fəal şəkildə dəstəkləyib. Bu dəstəyə silah tədarükü, Ukrayna hərbi təlimi və ümumilikdə 59 milyard dollardan çox humanitar yardım daxildir. 

Töhfə Səməd

tag: Ukrayna ,ABŞ ,Hərbi, Dollar, Yardım, todaypress.az,