ABŞ Ukraynanın sursat ehtiyacını ödəyə bilməyəcək

Dünya

03.09.2024 14:14

“Birləşmiş Ştatlar 2025-ci ildə mərmi istehsalını artırmaq niyyətindədir, lakin Ukraynanın sursata olan ehtiyacını tam ödəyə bilməyəcək”. 

TodayPress xəbər verir ki, bu sözləri Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, elmi işçi Piter Şröder deyib. 

Ekspert onu da qeyd edib ki, gələcəkdə Kiyevin daha çox əsgərə ehtiyacı olacaq, lakin Qərb ölkələri bununla bağlı yalnız Ukrayna hərbçilərini yetişdirməyə hazırdır. Onlar döyüş bölgəsinə öz qoşunlarını göndərmək istəmirlər.

“Bloomberg” yazır ki, Qərb ölkələri Ukraynaya silah tədarükü ilə bağlı verilən zəmanətləri yerinə yetirməkdə çətinlik çəkir. Qeyd olunub ki, ilin əvvəlində Kiyevin qərbli müttəfiqləri Ukraynanın döyüş nəticəsində zədələnmiş hava hücumundan müdafiə sistemlərini gücləndirəcəyinə söz veriblər, lakin NATO-ya üzv olan bir sıra dövlətlər hələ də öz öhdəliklərini yerinə yetirməyiblər. 

Töhfə Səməd

tag: ABŞ ,Ukrayna, Döyüş ,NATO ,Kiyev ,todaypress.az,