ABŞ Ukraynanın NATO-ya üzv olmasına etiraz etmir
Amerika Birləşmiş Ştatları artıq Ukraynanın NATO- ya üzv olmasına qarşı deyil.
TodayPress xəbər verir ki, bu barədə “Le Monde” qəzeti yazıb.
Nəşrin yazdığına görə, demokratların namizədi Kamala Harris prezident seçkilərində qalib gəlsə, ABŞ-nin hazırkı lideri Cozef Bayden Ukraynanın NATO-ya dəvət olunması məsələsində aktiv fəaliyyət göstərə biləcək.
Bununla belə, ekspertlərin fikrincə, Respublikaçı Donald Tramp qalib gələrsə, Baydenin bu istiqmətdə ən kiçik təşəbbüsü vəziyyəti daha da pisləşdirəcək.
Qeyd edək ki, son olaraq Hollandiyanın müdafiə naziri Ruben Brekelmans bildirmişdi ki, NATO-ya üzv ölkələr arasında bu məsələ ilə bağlı hələ də yekdil qərar yoxdur.
Günəş Mərd
tag: NATO,Ukrayna,Hollandiya,ABŞ,Todaypress.az,