ABŞ Ukraynanın Kurska hücumuna dəstək verəcək
Dünya
24.08.2024 13:40
ABŞ
prezidenti Cozef Baydenin
administrasiyası Ukrayna qoşunlarını Rusiyanın Kursk vilayətində saxlamaq və
hücumu genişləndirməkdə kömək edib-etməmək barədə müzakirələr aparır.
TodayPress
xəbər verir ki, bu barədə “The Washington Post” yazır.
Amerika
rəsmilərinin sözlərinə görə, Pentaqon Ukraynadan Kursk bölgəsindəki əməliyyatında
nəyə ehtiyac olduğunu soruşub, lakin hələlik ona maddi dəstək göstərilməsi barədə
qərar verməyib.
Ağ
Ev administrasiyası daxilində aparılan müzakirələr hazırda iki həftədən bir
göndərilən silah paketlərinin məzmununun daha çox zirehli texnikanın daxil
edilməsi və ya ukraynalılara kömək edə biləcək bəzi döyüş sursatlarının və digər
avadanlıqların çatdırılmasının sürətləndirilməsinə yönəlib.
Nəşrin
yazdığına görə, Kursk əməliyyatında Ukraynaya yardımla bağlı əsas iki məsələnin
müzakirəsi aparılır. Birləşmiş Ştatlar
Silahlı Qüvvələrin ümumi hücum strategiyasına əmin deyil və Ukraynanın Amerika
silahlarından asılılığı ABŞ və NATO arasında Rusiya ilə münaqişənin birbaşa gərginləşməsi
qorxusunu yenidən canlandırıb.
Günəş
Mərd
tag: ABŞ,Ukrayna,Kursk,Dəstək,NATO,Rusiya,Ağ Ev,