ABŞ Ukraynanı qurban verəcək? Ağ Evin "eskalasiya planı"

Dünya

14.09.2024 09:20

“ABŞ qarşıdan gələn prezident seçkiləri öncəsi Ukraynanın məğlubiyyətinin qarşısını almağa çalışır”. 

TodayPress xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson deyib.

O, izah edib ki, bu səbəbdən indiki Amerika rəhbərliyi Ukrayna qoşunlarının Rusiya ərazisinə uzaqmənzilli silahlarla zərbə endirməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması imkanını nəzərdən keçirmək qərarına gəlib.

Consonun sözlərinə görə, Demokratlar Partiyası hakimiyyətdə qalmaq istəyir və buna nail olmaq üçün eskalasiyaya hazırdırlar. 

Töhfə Səməd

tag: ABŞ, Ukrayna ,Rusiya ,Demokratlar Partiyası ,Hakimiyyət ,todaypress.az,